Xidmətlər

Hava yolu ilə daşınma

Hava yolu ilə daşınma bu günümüzdə daha da inkişak edən, daşınma üsulları arasında ən sürətli və praktik seçimlərdən biridir. Sürətli, həcmli, keyfiyyətli hava yükdaşınma xidmətlərimiz sayəsində siz beynəlxalq ticarət şəbəkəsində öz yükünüzü Login Internationalın zəmanəti ilə daşıya bilərsiniz.

 

Fəaliyyət sahənizə uyğun olaraq, sürətli və qənaətli daşınma ehtiyaclarınızı beynəlxalq hava yolları logistikası sahəsində münasib şərtlərlə təmin etməyə diqqət yetiririk. 

 

 Login International şirkəti sizə beynəlxalq hava ilə yük daşınmalarının kompleks şəklində logistik həllini təklif edir.  Yüklərin hava ilə daşınmasının nə kimi üstünlükləri var?

Hava yolu ilə yüklərin daşınması üstünlüyümüz nələrdir?

  •  Sizin yükləriniz məsafəsindən asılı olmayaraq istənilən ölkəyə operativ şəkildə çatacaq.
  •  Tez xarab ola bilən, zədələnən məhsulunuz varsa, hava daşınmaları bu riski kəskin şəkildə azaldır.
  •  Eyni zamanda itki, oğurlanma halları təhlükəsi minimuma enir.

Mütəxəssislərimiz sizin sifarişinizin məlumatlarını hər bir detalına kimi araşdırır və sizə ən uyğun daşınma təklifini və marşrutunu təklif edir. Şirkətimiz beynəlxalq hava yolu şirkətləri ilə əməkdaşlıq etdiyindən, bizə imkan verir ki, müştərilərimiz üçün ən uyğun qiymət təklifini və operativ xidməti təqdim edə bilək.