Xidmətlər

3PL Həllər

3 PL əməkdaşlığımızda sizə anbar xidmətlərindən tutmuş, çatdırılmaya qədər olan bütün logistika əməliyyatlarını biz tərəfdən təmin etməyə kömək edirik. Bu sizə hansı üstünlükləri qazandırır? Siz uzun və vaxt aparan prosedurları bizə təslim etməklə zaman qazanırsınız ki, bu da onu digər istiqamətlərə yönəldib biznesinizi daha da inkişaf etdirməyə imkan yaradır. 3PL tərəfdaşınız olaraq tədarük zəncirinin müxtəlif növ xidmətlərini təklif edirik. Buraya nəqliyyat, anbar xidmətləri, məhsulun ünvandan götürülməsi və qablaşdırılması, inventar proqnozlaşdırma, sifarişin yerinə yetirilməsi və yüklərin daşınması daxildir.